HƏFTƏNİN YEKUNU – 20.03.2016
905 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Ankarada törədilən terrorda 37 nəfər ölüb
Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib.
Ötən gün Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.
Daha ətraflı
“Rusiya Ərdoğanın səfərini nə qədər təxirə sala biləcək?”
Ötən gün Ankaranın Qızılay meydanında partlayış törədilib. Hücum nəticəsində 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türkiyə mediası məsələnin pərdəarxası detallarına geniş yer ayırıb. Diqqət isə daha çox partlayışın Ərdoğanın Bakıya ikinci dəfə planlaşdırılan səfəri öncəsə baş verməsinə yönəldilib. Daha ətraflı
İlham Əliyev (Allah onu qüvvətləndirsin) Ankaraya səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub. Daha ətraflı
Şeyx Fovzan: Rəhbərə qarşı çıxmaq təkcə sözlə olmur – VİDEO
Müdrik alim, şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) Rəhbər haqqında danışan insanlardan bəhs edir. Bəziləri elə güman edirlər ki, yalnız silahlı müqavimət rəhbərə qarşı çıxmaq sayılır. Sözdə etiraz etmək, nümayiş keçirmək, rəhbəri söymək, təhqir etmək isə ona qarşı çıxmaq sayılmır. Bu kimi yalnış düşüncənin düzəldilməsi üçün şexy Saleh əl-Fovzan dəyərli tövsiyə edir.
“Sələf Xəbər” redaksiyası bu haqda hazırladığı videonu sizə təqdim edir. Daha ətraflı
Yay vaxtına keçid ləğv olundu
Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir. Daha ətraflı
Rusiyanın Suriyadan qəfil çıxmasının səbəbləri
Rusiya Suriya münaqişəsində iştirakı məsələsində geri addım atdı. “Hesab edirəm ki, Müdafiə Nazirliyi qarşısına qoyulmuş tapşırıqları bütovlükdə yerinə yetirib. Buna görə sabahdan etibarən Suriya Ərəb Respublikasından bizim hərbi birləşmələrimizin əsas hissəsinin çıxarılmasına başlamağı əmr edirəm”.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bu sözlərlə Rusiyanın Suriyaya müdaxiləsini sona çatdırdı. Beləliklə, 5 illik münaqişənin gedişatını və bununla bağlı geosiyasi durumu dəyişən bu müdaxiləni bitmiş hesab etmək olar. Daha ətraflı
Dollar sürətlə ucuzlaşır, neft isə bahalaşır
FES uçot dərəcəsini dəyişməyib.
Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.
“Sələf Xəbər” “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib. Daha ətraflı
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 nəfər ölüb
“Boeing-738” təyyarəsinin Dubay-Rostov marşrutu üzrə uçduğu bildirilir.
Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər. Daha ətraflı
Türkiyədə yenə terror – 4 ölü, 20 yaralı var
İstanbul valisi Vasip Şahin partlayış nəticəsində terrorçu ilə birlikdə 4 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 20 nəfərin xəsarət aldığını deyib.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, İstanbulun Beyoğlu rayonunda İstiqlal küçəsində yerli vaxtla saat 11:00 radələrində partlayış baş verib. Daha ətraflı
Suriyada 45 qəbilə PYD-ni məhv etmək üçün qərar qəbul edib
Türkiyənin Şanlıurfa vilayətində toplaşan 45 qəbilə başçısı Suriyada PYD-yə qarşı “Ceyşu Əşair əş-Şərqiyyə” adı altında ordu qurulmaq haqda qərar qəbul edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Suriyanın böyük ərəb qəbilələri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin muxtariyyət elan etməsinə sərt reaksiya verib. Daha ətraflı