Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 25.01.2015

Yanvar 25
08:51 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qorusun): Azərbaycan hər zaman terrorizmə qarşı mübarizədə fəal iştirak edib


“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) iştirak edib.

Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə, 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının kralı dünyasını dəyişdi


Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz vəfat edib. “Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bu barədə xəbəri “Al-Arabiya” agentliyi yayıb. Ötən həftə səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya çatdırılan krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl Səud oldu


Səudiyyə Ərəbistanının 91 yaşlı altıncı kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə vəfat etdikdən sonra taxta yeddinci kral Salman ibn Əbdül Əziz əl Səud çıxıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.
Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin Müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, paytaxt Ər Riyad əyalətinin qubernatoru olub. Daha ətraflı

🌎

Sərvətli Kral Abdullahın qəbri – FOTO


Dünən Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləzizin dəfni Ər-Riyadda keçirilib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Kral Abdullah bin Əbdüləzizin cənazəsi paytaxt Ər-Riyadda yerləşən İmam Əl-Türki Məscidinə gətirilib. Əsr namazından sonra qılınan cənazə namazının ardından Kral Abdullahın nəşi dəfn edilib. Daha ətraflı

🌎

Fransız rejissor ölkəsindəki hadisədən sonra İslamı qəbul etdi


O, bu qərarı verməklə İslamın, həqiqətən, sülh dini olduğunu sübut etmək istədiyini deyib.
“Sələf Xəbər” olke.az-a istinadən bildirir ki, Fransalı kinorejissor İzabel Matiç ölkəsində baş verən terror aktlarından sonra İslamı qəbul etməyə qərar verib.
Rejissor bu barədə öz Facebook səhifəsində yazıb: “Mən İslamın ilk mərhələsini keçdim. Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də onun Rəsuludur”. Daha ətraflı

🌎

Dubayda pul qabınız yerə düşsə, nə baş verər? – VİDEO


“Sələf Xəbər” Bizimyol.info-ya istinadən xəbər verir ki, İngiltərədə maraqlı təcrübə keçirmək qərarına gəliblər.
Belə ki, özünü turist kimi təqdim edən gənc britaniyalı Dubayda pul qabını bilərəkdən yerə salıb. Bu təcrübənin keçirilməsində əsas məqsəd yerli əhalinin reaksiyasını öyrənməkdir.
Nəticə isə hər kəsi şoka salıb. 45 dəfə Dubayın müxtəlif yerlərində təcrübə aparan “turistin” pul qabı hər dəfə özünə qaytarılıb. Maraqlısı odur ki, əhalinin bütün təbəqə nümayəndələri eyni cür davranıblar. Daha ətraflı

🌎

Terrorla mədəni dialoq onun zəfəri deməkdir


Terrorla başlıca problemimizin, sadəcə, fikri problem olmasını təsdiqləyərək onunla mədəni dialoqa girməyin lazım gəldiyini söyləmək terrorun qalib gəlməsinin yaxınlığını etiraf etmək və ya o əqidədə olanların qarşısında məğlub olmaq deməkdir.

Üz-üzə gəlmək üçün fiziki mexanizmi müəyyən etməməklə biz çox vaxt itirmiş olur və bununla da tərəddüddə olanların da ölüm və şər qruplaşmalarının səflərinə qoşulmasına vaxt qazandırırıq. Terror elə bir kamil plandır ki, özünü ölkələrə alternativ olaraq təqdim edir və fikri, fiqhi məsələdə olan ixtilafdan deyildir. Daha ətraflı

🌎

Görkəmli İslam alimləri: İmam Dəraqutninin həyatı


İmam və hafiz Əbul Həsən Əli bin Ömər bin Əhməd bin Mehdi bin Məsud bin ən-Numan bin Dinar bin Abdullah əl-Bağdadi əd-Dəraqutni hicri təqvimlə 306 (miladi 918)- cı ildə, Bağdadın “Dar əl-Qutn” (pambıq evi) adlı böyük qəsəbəsində doğulub. Onun Dəraqutni təxəllüsü doğulduğu şəhərin adı ilə əlaqəlidir. Daha ətraflı

🌎

Bakıda “Tesla” avtomobilləri satışa çıxarıldı – FOTO


Ekoloji təmiz avtomobillərdən olan “Tesla” avtomobilləri artıq Bakıdadır.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, bu avtomobilləri “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.
Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyası və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən “GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. Daha ətraflı

🌎

İstifadəçilər kompyuterdən “Whatsapp”la mesaj yaza biləcəklər


Kompyuterdən də “Whatsapp”la mesaj göndərmək mümkün oldu.
“Whatsapp” istifadəçilərinin illərdir gözlədiyi xidmət nəhayət işə salındı. “Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, artıq istifadəçilər kompyuterdən də “Whatsapp”la mesaj yaza biləcəklər. Daha ətraflı

🌎

Digər xəbərlər