HƏFTƏNİN YEKUNU – 26.04.2015
736 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çanaqqalaya gedib
Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çanaqqala Zəfərinin 100-cü ili münasibətilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Çanaqqalaya gedib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, dövlət başçısı İlham Əliyevi hava limanında Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi və digər rəsmilər qarşılayıb. Daha ətraflı
Ölkə başçıları Türkiyədə namaz qılacaq
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ili ilə bağlı keçiriləcək tədbirdə “Cümə protokolu” həyata keçiriləcək.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, mərasim üçün 2 ayrı proqram hazırlanıb. Belə ki, ölkə başçısı Rəcəb Tayyip Ərdoğan və müsəlman prezidentlər, siyasətçilər “Yəhya Çavuş Şəhidlər Məscidi”də namaz qılacaqlar. Namaza qatılmayan rəsmilər isə “Savarona” gəmisində dəniz səyahətinə çıxacaqlar. Daha ətraflı
Şeyx Useymin: “Müsəlman qardaşlar” İslamı gözdən salır – VİDEO
“Sələf Xəbər” böyük alim Şeyx ibn Useyminin “Müsəlman qardaşlar” haqqında söylədiyi fikirləri təqdim edir: Daha ətraflı
İŞİD terror xəvaric qruplaşmasının lideri ölüb
İŞİD terror xəvaric qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib. Daha ətraflı
Qatil Bəşər Əsəd “erməni soyqırımı”nı tanıyıb – FOTO
Suriyada 19 minlərlə insanı kimyəvi bombalarla öldürən qatil Bəşər Əsəd saxta “erməni soyqırımı”nı tanıyıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda Suriya hökuməti rəsmi açıqlama verib.
Bundan başqa, paytaxt Dəməşqdə yerləşən Ermənistan meydanının adı dəyişdirilərək “erməni soyqırımı şəhidləri meydanı” adlandırılması ilə bağlı qərar verilib. Daha ətraflı
Düşmənin hərbi maşını cəbhədə minaya düşüb – VİDEO
Erməni işğalçıları Qarabağ cəbhəsində çoxlu sayda itki vermələri barədə məlumatı təsdiqləyiblər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ermənilərin “ilur.am” saytında məlumat yer alıb.
Bildirilir ki, Qarabağda separatçıların iki hərbi maşını minaya düşüb.
Nəticədə 10-a yaxın erməni işğalçısı məhv edilib.
Düşmən hərbi maşınlarının minaya düşməsi anını əks etdirən videogörüntüləri təqdim edirik: Daha ətraflı
Obamanın ögəy nənəsinin Ümrə ziyarəti və onun müsəlmanlığının həqiqəti
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın ögəy nənəsi Sara Ömər iki gün öncə Məkkədə Ümrə ziyarətində olub.
Onun “Ey Peyğəmbər, sənə salam olsun” sərgisinin ziyarəti əsnasında olarkən təkərli kürsüdə əyləşdiyi şəkilləri də yayılıb. Ziyarət əsnasında nənə ilə birgə oğlu Səid Obama və Musa Obama da olub. Daha ətraflı
Ermənilərdən etiraz: “Obama bizə xəyanət etdi”
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Amerika Erməniləri Milli Komitəsi (ANCA) Obamanı xəyanət və saymazlıqda ittiham edib: “Barak Obama prezident seçiləndən bəri, artıq 7-ci dəfədir 1,5 milyon insanın öldürülməsini Türkiyənin təhdidlərinə görə soyqırım kimi qiymətləndirmir”. Daha ətraflı
Ulduz futbolçu azanı eşidən kimi…
“Beşiktaş”ın seneqallı legioneri Demba Ba namaz vaxtı bütün komandanı gözlədib.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, hadisə “Kasımpaşa” – “Beşiktaş” (1:5) matçından sonra baş verib. Daha ətraflı
İslam Əməkdaşlıq Təşkilatı: “Dağlıq Qarabağda keçiriləcək “seçki” qanunsuzdur”
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi beynəlxalq ictimaiyyəti “seçki”ləri qeyri-legitim saymağa çağırıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Mədəni (İyad Ameen Madani) mayın 3-də işğal altındakı Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkləri”ni pisləyib. Daha ətraflı