HƏFTƏNİN YEKUNU – 28.09.2014
984 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Amerika qəzeti Kəbə məscidinin genişlənməsi haqda yazdı – FOTO
Amerikanın məşhur qəzetlərindən biri olan “Hafinqton Post” Kəbə məscidinin 94 il ərzində şahidi olduğu ən böyük genişləndirilməsi barədə olan şəkillərlə məqalə yaymışdır.
Qəzet, 1920-ci ildən başlayaraq 2013-cü ilə qədər olan bir neçə şəkilləri, hazırkı genişləndirməni və zəvvarların rahatlığı üçün qoyulan nizam-intizamı ərz edib.
Şəkillər, İki Müqəddəs Məkanın Xidmətçisi Kral Abdullah ibn Əbdüləzizin (Alah onu qorusun) dövrünə qədər olan Səudiyyə krallarının rəhbərlik etdiyi dövrlərdə Kəbənin ən böyük genişləndirilməsini əks edib. Daha ətraflı
İŞİD-in tərkibində vuruşmaqda şübhəli 26 azərbaycanlı həbs edilib
“Sələf Xəbər” APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumata istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Daha ətraflı
Səudiyyə vətəndaşı “İŞİD”-dən qaçıb
“Sələf Xəbər” alarabiya.net saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistan vətəndaşı Əhməd əl-Muteyri “İŞİD” terror xəvaric qruplaşmasının sıralarından ayrılaraq onlardan qaçıb. Daha ətraflı
Süleyman Ruheyli İŞİD barədə: Onlar hamısı Sünnədən uzaqlaşıblar
“Sələf Xəbər” SunnaPress-ə istinadən İslam hüququ alimi şeyx Süleyman Ruheylinin (Allah onu qorusun) İŞİD barədə mövqeyini təqdim edir.
İslam hüququ alimi şeyx Süleyman Ruheyli (Allah onu qorusun) xəvariclər firqəsi və onların əlamətləri barədə xatırlatma etdikdən sonra, demişdir: “Onların (xəvariclərin) ideologiyası budur və onlar (xəvariclər) İŞİD-in tərkibinə daxildirlər. Onların arasında xəvaric olan və xəvariclərin bütün əlamətlərini özündə daşıyan insanlar da, xəvariclərin bəzi əlamətlərini daşıyan insanlar da var… Daha ətraflı
Türkiyə məktəblərində hicab qadağası ləğv edildi
“Sələf Xəbər” ITARTASS-a istinadən xəbər verir ki, Türkiyədə dindar məktəbli qızlar dərslərə hicabda gedə biləcək.
Yerli mətbuatın bildirdiyinə görə, bu barədə qərar bu həftə hökumət iclasında qəbul olunub və yalnız orta məktəblərə aiddir. Baş nazirin müavini Bülent Arıncın qərarın yaxın günlərdə qüvvəyə minəcəyini bildirib. Daha ətraflı
Ərdoğan İŞİD-ə qarşı mübarizəni dəstəkləyib
“Sələf Xəbər” Akşam qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İŞİD-in hədəflərinin vurulması ilə əlaqədar bunları bəyan edib: “Bu, xüsusilə bölgədəki terror təşkilatlarına qarşı bir tədbir kimi bizim də müsbət qarşıladığımız bir addımdır. Terrorla mübarizədə biz də öhdəliyimizə düşən vəzifəyə uyğun şəkildə addımlar atacağıq” Daha ətraflı
“Ağ ölüm” ilə mübarizə
“Sələf Xəbər” Daily Mail qəzetinə istinadən bildirir ki, qidaların tərkibindəki şəkərin miqdarını tənzimləmək üçün işlənib-hazırlanmış yeni qaydalar təsdiqlənərsə, cəmi yarım banka Coca-Colanın tərkibindəki şəkər, gündəlik tövsiyə olunan şəkər qəbulu miqdarını ötəcək. Daha ətraflı
İŞİD-in “özü böyük, ürəyi böyük” əsiri
“Sələf Xəbər” The Guardian qəzetinə istinadən xəbər verir ki, “İslam Dövləti” terror xəvaric qruplaşması döyüşçülərinin öldürməklə hədələdiyi sonuncu əsir, İngiltərəli taksi sürücüsü Alan Henninqdir.
O, Suriyaya gedən müsəlman dostlarından ibarət yardım konvoyuna qoşulmuş və nəticədə qruplaşmanın əlinə keçmişdir. Daha ətraflı
Misirli rəngsaz azanı ilə dinləyənləri təəccübləndirdi – VİDEO
“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının məktəblərindən birində baş verən maraqlı hadisənin videosu Youtube və digər sosial şəbəkələrdə yüz minlərlə izləyici toplayıb. Daha ətraflı
“İslam Xilafəti” Qazaxıstan üçün böyük təhlükədir
“Sələf Xəbər” tengrinews.kz xəbər portalına istinadən xəbər verir ki, Qazaxıstan, bu yaxınlarda özünü bütün dünyaya bəyan etmiş “İslam dövləti” (digər adları “İslam xilafəti”, İŞİD) terror xəvaric qruplaşmasının daşıdığı təhlükəyə maksimal dərəcədə ciddi yanaşmalıdır. Daha ətraflı