Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 28.12.2014

Dekabr 28
10:20 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Heydər məscidində son tamamlama işləri ilə tanış olub – FOTO


Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

“Sələf Xəbər” President.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin həyata keçirildiyini bildirib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb. Daha ətraflı

Müqəddəs Kəbə məscidində nəhəng çətirlər quraşdırılacaq – FOTO


“Sələf Xəbər” www.arabnews.com saytına istinadən xəbər verir ki, İki Müqəddəs Məscidin xadimi Kral Abdullah Müqəddəs Kəbə məscidinin həyətində Mədinədəki Peyğəmbər Məscidinin həyətindəki çətirlərin bənzəri olan 300 çətirin quraşdırılması ilə bağlı layihəni təsdiqləyib.

Məkkə Şahzadəsi Mişal bin Abdullah məscidin həyətində qızmar günəş altında ibadət edən möminlərə göstərdiyi diqqət və qayğıya görə krala öz təşəkkürünü bildirib.

“Biz bu yaxınlarda genişləndirilmiş ərazilər də daxil olmaqla Kəbə məscidinin həyətində 300 çətir quraşdırmaq qərarına gəlmişik”,- deyərək İki Müqəddəs Məscidin Rəyasət Heyətinin sədri şeyx Əbdul Rəhman əl-Sudeys bildirib. Daha ətraflı

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Heydər məscidinin açılışında iştirak edib


“Sələf Xəbər” President.az-a istinadən məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin), xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Daha ətraflı

Liviya: o zaman və indi – Üçüncü hissə


“Sələf Xəbər” www.newdawnmagazine.com saytına istinadən, yazıçı və siyasi analist Mehdi Darius Nazemroyanın “Liviya o zaman və indi” adlı məqaləsini təqdim edir.

Liviyanı parçalamaq tarixi layihəsi 1943 və 1951-ci illərə qayıdır. Bu, İkinci Dünya müharibəsi zamanı İtaliya və Almaniyanın Şimali Afrikada məğlub olmasından sonra Liviya üzərində qəyyumluğa sahib olmaq üçün uğursuz cəhdlərindən sonra başladı. Liviyanı parçalamaq cəhdləri tədricən 2003-cü ildə İngiltərə və ABŞ-ın İraqa qeyri-qanuni müdaxiləsindən sonra təsis edilmiş monarxial federal sistemi liviyalılar üzərində tətbiq etməsi ilə nəticələndi. Əgər liviyalılar nisbətən homogen cəmiyyətdə federalizmi qəbul etməsəydilər, 1951-ci ildə müstəqillikdən məhrum ola bilərdilər. Daha ətraflı

“Məscidlərə qarşı bu cür hücumlara son verilməsini istəyirik” – FOTO


“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, tikintisi davam edən məscidin divarlarına irqçi şüarlar yazılıb və svastika çəkilib.

Türkiyənin Düseldof səfirliyinin Din işləri müşaviri Ramazan İlıkan hadisə yerində olub və baş verənlər barədə məlumat alıb.

“Məscidlərə qarşı bu cür hücumlara son verilməsini istəyirik. Bunu törədənlər ən yaxın vaxtda yaxalanaraq məhkəmə qarşısında cavab verməlidirlər”, – deyə Din işləri müşaviri bildirib. Daha ətraflı

Tapılan balıq alimləri heyrətləndirdi – VİDEO


“Sələf Xəbər” alanba.com.kw-a istinadən xəbər verir ki, Amerika alimləri dənizin 8 km dərinliyində yaşayan qeyri-adi bir balıq növü tapıblar.

Elmi heyət bu yeni balığı Sakit okeanın Maryana çökəkliyindən tapıblar və hələ də o balığa ad verməyiblər. Biologiya üzrə professor Pavl Yansi qeyd edir ki, heyət üzvləri bu balığı görən zaman çox heyrətləndilər. O həm küçüyə, həm su pərisinə, həm də ilan balığına oxşayır. Daha ətraflı

İsveçdə məscid yanıb – VİDEO


İsveçin Eskilstun şəhərində bir məscidin yandığı bildirildi. Yaşayış binasının 1-ci mərtəbəsində yerləşən məsciddə yanğın 2 saat davam edib.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən bildirir ki, şahidlərin ifadələrinə görə, yanğın pəncərədən atılan partlayıcı maddə nəticəsində baş verib.

Beş nəfər yaralanıb. Həyatını itirən olmayıb. Hadisə zamanı içəridə 15-20 adamın olduğu deyilib. Yanğın səbəbiylə ətrafdakı binalar da boşaldılıb. Daha ətraflı

Azərbaycanlı da olmaqla bir qrup İŞİD terror xəvaric qruplaşması üzvləri Bağdadiyə qarşı çıxıb


Aralarında azərbaycanlının da olduğu iddia edilən bir qrup İŞİD terror xəvaric qruplaşması üzvü liderləri Bağdadiyə qarşı çıxıb.

İŞİD terror xəvaric qruplaşmasının lideri Əbubəkr əl-Bağdadiyə qarşı çıxmağa hazırlaşan təşkilatın bir qrup üzvü yaxalanıb.

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, terror təşkilatına məxsus saytlarda və sosial şəbəkələrdə yayınlanan videoda yaxalanmış şəxslərdən birinin azərbaycanlı olduğu iddia edilir. Daha ətraflı

AzAL MDB-də “Boeinq 787”-ni idarə edən ilk aviaşirkət olacaq – FOTO


“Boeing” şirkəti və “Azərbaycan Hava Yolları” QSC (AzAL) bu gün ilk “787 Dreamliner”in Azərbaycana təhvil verildiyini elan edib.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, AzAL bununla MDB-də “787”-ni idarə edən ilk aviaşirkət olacaq. Daha ətraflı

Digər xəbərlər