HƏFTƏNİN YEKUNU – 29.03.2015
698 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Dahi İslam alimlərindən incilər: dövlət başçıları haqqında
Ölkə başçılarına itaət etməyin vacibliyinə və onlara qarşı çıxmağın qadağan olmasına aid böyük əhli sünnə alimlərinin sözlərini təqdim edirik:
Əlbəttə ki, İslam dininin toxunduğu çox mühüm məsələlərdən biri də ölkə başçısı ilə xalqın bir-birilərinə qarşı olan haqlarıdır. Gözəl dinimiz hər bir kəsi və xüsusən də, başçını rəiyyətinə qarşı adil olmağa, zülm etməməyə, onların dini və dünyəvi rifahı üçün çalışmağa çağıraraq hər bir ölkə, ailə və digər başçıların əlləri altında olanlardan Allah qarşısında sorumlu olacaqlarını bildirmişdir. Daha ətraflı
QMİ həccə gedən zəvvarlara xəbərdarlıq edib
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc və Ümrə ziyarətləri sənəd qəbulu ilə bağlı idarədən başqa sənəd aparanlar barədə xəbərdarlıq edib.
“Sələf Xəbər” azvision.az-a istinadən bildirir ki, xəbərdarlıqda bildirilir: “Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Daha ətraflı
Azərbaycan tərəfinə keçən erməni əsgərdən sensasiyalı açıqlama –
Martın 22-də günorta saatlarında ilkin məlumata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Müdafiə Nazirliyindən bildiriblər ki, qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Daha ətraflı
ABŞ Hava Qüvvələri veteranı İŞİD-ə yardım etməkdə ittiham edilib
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Nyu-York şəhərinin federal məhkəməsi Teyrod Natan Vebster Pyunu İŞİD terror xəvaric qruplaşmasına maddi dəstək verməkdə və ədalət məhkəməsinin işinə mane olmaqda ittiham edib. Daha ətraflı
“Boko Haram” 500-ə yaxın uşağı qaçırdıb
İŞİD terror xəvaric qruplaşmasına sədaqət andı içən “Boko Haram”ın Nigeriyada yenə çox sayda uşağı qaçırdığı bildirilib.
“Sələf Xəbər” t24.com.tr-yə istinadən məlumat verir ki, Nigeriyanın şimal şərqindəki Damasak adlı qəsəbənin köhnə sakini BBC-yə, qəsəbənin “Boko Haram” tərəfindən təcavüzə məruz qalmasından sonra 11 yaşdan aşağı təxminən 500 uşağın itkin düşdüyünü deyib. Daha ətraflı
Kəbə məscidinin müəzzini Kəbə xaricində azan verir – VİDEO
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maşın şirkətlərinin işçilərindən biri Kəbə məscidinin müəzzini Əli əl-Mullanın azanını lentə alıb.
Belə ki, məşhur müəzzin maşın şirkətində olarkən onun azan verməsi xahiş olunur, o da heyranedici səsi ilə azan verir və bundan xoşlanan işçilər də həmin hadisəni lentə alırlar. Daha ətraflı
Ərəb dövlətləri birgə ordu yaradır
Ərəb ölkələrinin Xarici İşlər nazirləri Vahid Ərəb Ordusunun yaradaılması barədə qərara gəliblər.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, Vahid Ərəb Ordusunun yaradılmasının məqsədi xaricdən gələn təhlükələrə qarşı birlikdə mübarizə aparmaqdır. Daha ətraflı
10 ölkədən Yəmənə hərbi əməliyyat
Səudiyyə Ərəbistanının rəhbərliyi altında regionun bir sıra ölkələri Yəməndə hərbi əməliyyata başlayıb.
Əməliyyatın məqsədi Yəməndəki qanuni hökumətin müdafiəsi olduğunu ifadə edən Səudiyyə Ərəbistanı səfiri, Yəmən hökumətinin xahişi ilə ölkəni radikallardan xilas etməyə çalışdıqlarını bildirib. Daha ətraflı
İslam Əməkdaşlığı Təşkilatı Yəmən hakimiyyətini dəstəkləyən koalisiyanın atdığı addımları dəstəkləyir
“Sələf Xəbər”in “əl-Ənbə” qəzetinə istinadən məlumatına görə, İslam Əməkdaşlığı Təşkilatının rəhbəri İyad Mədəni bəyan edib ki, təşkilat Yəməndə baş verən hadisələri diqqətlə, yaxından izləyir və Husi camaatının özbaşnalığından qurtarmaq üçün Yəmən rəhbərliyinin xahişi ilə Yəməni qanun çərçivəsində müdafiə edən ölkələri dəstəkləyir. Daha ətraflı
Wi-Fi-ın ağılasığmaz zərərlərini bilin
Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır.
İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb e Daha ətraflı