Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi – TARİFLƏR
1. 589 dəfə baxılıb
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, “ADY Express” şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb.
Artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:
Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.
Qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair yük sahiblərinə əlavə informasiya və ya məsləhətlər lazım olan təqdirdə, “ADY Express” şirkətinin əməkdaşları ilə əlaqə yaratmağı xahiş olunur.