Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

BTC kəməri ilə nəql edilən neftin həcmi bəlli oldu

Noyabr 13
17:21 2017

Oktyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, 2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-nə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

Cinlərin dili – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅22 Noyabr, 2017🕔18:41181 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN