Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Mingəçevirlə bağlı 2 sərəncam verdi

Sentyabr 11
18:11 2014
0 şərh

“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

Ümumi uzunluğu 10 kilometr olan dairəvi avtomobil yolu, 10000 nəfərdən çox əhalinin yaşadığı “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirir.

Prezidentin imzaladığı başqa bir sərəncam Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmirini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 1 milyon manat ayrılacaq. Hər iki sərəncam üzrə maliyyələşdirməni Maliyyə Nazirliyi təmin edəcək.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yerin onları yırğalamamağından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.” (Müqəddəs Quran, “Ənbiya” surəsi, 31-ci ayə).

“Uca Allah ayədə bütün yer üzünə səpələnmiş Öz möcüzələrindən bəzilərini sadalayır. Bu möcüzələr Onun qüdrətini, kamilliyini, vəhdətini və rəhmli olmasını təsdiq edir. Həmin möcüzələrdən biri də Allahın yer üzündə dağları istehkam kimi yerləşdirməsidir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkələnməməyi üçün Allah yerdə nəhəng payalara bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməzdilər.

Yerdə dağ silsilələrinin mövcudluğu məxluqlara çox böyük fayda verir, lakin əgər yüksək və qüdrətli dağlar bir-biri ilə birləşərək vahid dağ silsiləsi yaratsaydı, onda onlar müxtəlif ölkələrin sakinlərinə bir biri ilə əlaqə saxlamağa maneə olardı. Bax buna görə də Allahın müdrikliyi və mərhəməti tələb edirdi ki, O (Pak və Müqəddəs Olan), dağların arasından yollar salsın. Uca Allah bu yolları düz və keçilən etdi ki, insanlar çətinlik çəkmədən bir tərəfdən başqa tərəfə gedə bilsinlər və bunun sayəsində onlar öz Xeyirxahlarının təkliyinə əmin olurdular.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

0 şərh

Hələ şərh yoxdur!

Hal-hazırda heç bir şərh yoxdur. Siz şərh yazmaq istəyirsiniz?

Yeni şərh əlavə et

Şərh əlavə et

E-poçt ünvanından dərc olunmayacaq.
Lazım alanlar qeyd olunur *

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 622 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN