100 il ardıcıl oruc tutan insan
1. 234 dəfə baxılıb
bizimyol.info publika.az saytına istinadən xəbər verir ki, Türkiyədə yaşayan yaşlı bir kişi 1 əsrdir hər Ramazan ayında oruc tutur.
Məlumata görə, Ağrının Doğubəyazid rayonunda 14 övlad, 77 nəvə sahibi olan 107 yaşlı İsa Çingiz adlı şəxs bir əsrdir oruclarını yarımçıq qoymadan sona qədər tutur.
Doğubəyazid rayonuna 106 il əvvəl İrandan gələn İsa bəy uzunömürlü olmağın və sağlam yaşamağın sirrini təbii qidalanma ilə əlaqələndirib.
100 yaşında Həccə, 104 yaşında Ümrəyə gedən İsa bəy vaxtının əksər hissəsini Quran oxuyaraq keçirir. Yaşının çox olmasına baxmayaraq, namazlarını da evindən uzaqda yerləşən məsciddə gedib qılır.
“7 yaşımdan bəri oruc tuturam. Hər Ramazan oruc tutdum . Rəcəb və Şaban aylarında da oruc tuturam. Yediklərimə fikir verirəm, təbii qidalanıram” – deyə, 107 yaşlı İsa bəy bildirib.
“Adəm oğlunun bir yaxşılığı on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. İzzət və Cəlal sahibi Allah: “Oruc istisna olmaqla, o Mənimdir və onun da mükafatını Mən verəcəyəm, o öz arzularını, yeyib-içməsini Mənim üçün tərk edir”, – buyurmuşdur”. (Muslim)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)