Bu gün oruc tutanların ən uzun günüdür
1. 020 dəfə baxılıb
21 martdan başlayaraq Yerin xəyali oxunun şimal ucu Günəşə tərəf çevrilərək, 90 gündən sonra, yəni 22 iyunda günəş şüaları 23,5 dərəcə şimal eni üzərində zenitdə olur.
Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış başlanır. Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən şimal qütbünə qədər bütün sutka günəş görünür.
“Sələf Xəbər”in Avropa.info-ya istinadən məlumatına görə, burada qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə cənub qütbü arasında günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki cənub qütbü günəşin əksinə tərəf çevrilmiş olur. Astroloqların sözlərinə görə, Yer kürəsi öz oxu ətrafında fırlanır və tam dövrü bir il çəkir.
Bu gün həm də Ramazan ayının 5-ci gününə təsadüf edir. Oruc tutan insanların həmin gün bu ibadətinin vaxtı da uzanır. İlahiyyatçıların dediyinə görə, əgər insan Allahın əmrlərini icra edən zaman bu yolda çətinliklə üzləşirsə, onun ibadətinin savabı da bir o qədər artıq olar. İlahiyyatçı əlavə etdi ki, bu günün uzunluğu insanların dözümlülüyünün yüksək olmağını bir daha sınaqdan keçirir.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)
Uca Allahdan Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik.