Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Bu ilin ən uzun Ramazan orucunu hansı ölkələr tutur?

İyun 05
15:51 2017

Bu il dünya əhalisinin 22 faizi, təxminən 1,6 milyard nəfər Ramazan orucu tutur. Ən uzun orucu isə Skandinaviya yarımadası ölkələrində yaşayan müsəlmanlar tuturlar. Yay fəslində Finlandiya, Laplandiya və İsveç də daxil olmaqla bir sıra ölkələrdə günəş yalnız bir saatlığa batır.

Selefxeber.az-ın Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbərinə görə, 55 dəqiqəliyinə günəşin batdığı Finlandiyada yaşayan müsəlmanlar 23 saat oruc tutmalı olurlar. Yay fəslinin ən uzun günü olan 21 iyunda İsveçin Kiruna, Norveçin Tromsyo, İslandiyanın Reykyavik şəhərlərindəki müsəlmanlar isə 22 saat oruc tutacaqlar. Stokholm, Oslo, Kopenhagen və Helsinki sakinləri isə bu il orta hesabla sutkada 20 saat oruc tutacaqlar.

Laplandiyada yaşayan müsəlmanar onlara yaxın müsəlman ölkəsi olan Türkiyədə vaxtı ilə oruc tuturlar.

Sələf Xəbər: Şeyx Əbdüləziz Ali Şeyx gündüzləri 22 saata çatan ölkələrdə yaşayan müsəlmanların necə oruc tutmasına aydınlıq gətirərək demişdir:
“Əgər onların yaşadıqları yerdə gecə ilə gündüz seçilirsə, gündüzü oruc tutmalıdırlar. Uca Allah buyurur: “orucu gecəyə (gün batana) qədər davam edin.”
Əgər kimsə belə uzun günü oruc tutmaqda aciz olarsa, başqa vaxt həmin günü qəza edər.”

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Oktyabr 2019
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031