Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Hansı ölkə sakinləri 1 sutkaya yaxın oruc tutacaq?

İyun 18
16:47 2015

Mübarək ramazan ayının başlaması ilə dünyanın bütün ölkələrində yaşayan müsəlmanlar oruc tutmağa başlayıblar.

“Sələf Xəbər”in Avropa.info-ya istinadən məlumatına görə, ölkələrin qütblərə və ekvatora qədər olan məsafələrinə görə, bu ölkələrdə tutulan orucun müddəti də fərqlilik göstərir. Bu il ən uzun gün olan iyun ayının 21-nin ramazana təsadüf etməsi ilə möminlər ən uzun müddətli orucu tutacaqlar. Ən uzun oruc Skandinaviya ölkələrində, ən qısa oruc Cənubi Amerikada qeydə alınacaq.

Türkiyənin rəsmi din qurumu Diyanətin hazırladığı dünya təqviminə görə, ən uzun oruc 22 saat 34 dəqiqə ilə İslandiyanın Reykyavik şəhərində tutulacaq. İsveçin şimal şəhəri Kiruna və Norveçin Tromso şəhərində yaşayanlar isə təxminən 22 saata yaxın oruc tutacaqlar. Stokholm, Oslo, Kopenhaqen və Helsinki sakinləri də 20 saata yaxın oruc tutacaqlar.

Ən qısa oruc isə 8 saat 57 dəqiqə ilə yerin cənub yarımkürəsində yerləşən Argentinanın Uşuayya şəhərində olacaq. Həmçinin əhalisinin 2%i müsəlman olan Avstraliyada müsəlmanlar 12 saata yaxın, Tazmaniya adasında 11 saat, Malayziyanın paytaxtı Kuala Lumpurda 13 saat 45 dəqiqə, Hindistanın paytaxtı Yeni Dehlidə 16 saat oruc tutulacaq.

Ölkəmizdə Bakı vaxtı üçün ən uzun oruc iyunun 22-də qeydə alınacaq və 17 saat 31 dəqiqə olan oruc müddəti 3 gün davam edəcək.

Allah tutulan bütün orucları qəbul etsin.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca Allah buyurur: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür”. (Buxari və Müslim). Müslimin versiyasında isə deyilir: “Adəmoğlunun bir yaxşılığı on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah-Təala: “Oruc istisna olmaqla, o mənimdir və onun da mükafatını mən verəcəyəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir”, – buyurmuşdur.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930