İsti Ramazan günlərində bədəninizi susuzlaşmadan qoruyacaq 10 tərəvəz
1. 529 dəfə baxılıb
Theecomuslim.com orucluların bədənini susuzlaşmadan qoruyacaq tərəvəzlərin siyahısını təqdim edir.
Şübhəsiz ki, meyvələr və tərəvəzlər, insanın rasionundakı ən mühüm qidalardır. 70-80% sudan ibarət olan tərəvəzlər, enerji artıran və hava istiləşdikdə, bədən temperaturunu salmaq üçün qanı durulaşdıran demək olar ki, bütün faydalı maddələrlə zəngindir.
Həftədə 2-3 dəfə yemək zamanı (hər yemək zamanı 0,5-1 fincan) tərəvəzlərdən istifadə edin: onlardan şorba hazırlayın, salatlara əlavə edin, düyü kökələrinə bükərək dürmək düzəldin və ya doğrayıb çiy-çiy yeyin. İsti Ramazan günlərində bədəninizi susuzlaşmadan qoruyacaq 10 tərəvəzlə tanış olun:
1. Xiyar – Hidrasiya dərəcəsi – 95%. Xiyarı doğrayaraq pendir və krekerlə və ya hummusa batıraraq yeyin və onun təbii təravətini hiss edin. Xiyar C və B vitaminləri, kalsium və dərini yumşaldan qəhvə turşusu ilə zəngindir. Diuretik xassəsi ilə, quru yay aylarında toksinləri bədəndən təmizləyir və hər yemək zamanı yeyilməsi zəruridir.
2. Kələm – Hidrasiya dərəcəsi 90%. Kentuki Universiteti, kələmi ən yüksək hidrasiyaedici tərəvəzlərdən biri kimi siyahıya alıb. Adətən yaşıl kələmin daha çox yeyilməsinə baxmayaraq, bənövşəyi və qırmızı kələmin tərkibində, yaşıl kələmə nisbətən daha çox C vitamini var və qırmızı yarpaqlar iltihab əleyhinə xassəyə malikdirlər. 1 fincan çiy kələmin tərkibində xeyli miqdarda K vitamini var. whfoods.com saytının verdiyi məlumata əsasən, məhz bu səbəbdən, kələm dünyanın ən sağlam qidalarından biri sayılır.
3. Pomidor – hidrasiya dərəcəsi 94%. Aparılmış tədqiqatlar göstərir ki, pomidorun tərkibində olan likopin, ürək tutması və xərçəng riskini azaldır. Pomidor qəbizliyin qarşısını alır, qara ciyərin funksiyasını yaxşılaşdırır. Çünki, pomidor su ilə zəngindir və gərgin məşqlərdən sonra da bədəni susuzlaşmadan qoruyur.
4. Yerkökü – hidrasiya dərəcəsi 87%. Yerkökü adi tərəvəzə bənzəyir, lakin bir çox insanlar yerkökünün demək olar ki, bütövlükdə sudan ibarət olduğunu anlamırlar. Yerkökü sarı, yaşıl, bənövşəyi və narıncı rənglərdə bitir və onun hər bir növü (görməni yaxşılaşdıran) beta-karotinlə zəngindir.
5. Kahı – hidrasiya dərəcəsi 96%. Kahının tərkibində, sizi uzun müddət doyumlu saxlayan liflər mövcuddur. Kahı həm ləzzətli qəlyanaltı və ya nahar olmaqla bərabər, yarpaqları su ilə zəngin olduğu üün, həm də insanı susuzlaşmadan qoruyur. Bazardan müxtəlif növ kahılar ala və ya onları öz həyətinizdə asanlıqla əkə bilərsiniz.
6. Brokkoli – hidrasiya dərəcəsi 90%. Bilirdinizmi ki, brokkolinin tərkibində xərçəng əleyhinə maddələr var? Bu maqneziumla zəngin hidrasiyaedici tərəvəz, allergiyaların qarşısını almağa kömək edir, D vitamini çatışmamazlığı zamanı orqanizmə kömək olur və hər gün qarşılaşdığımız potensial toksinləri bədəndən təmizləyir. Allah necə də möhtəşəm tərəvəz xəlq edib!
7. Şirin qırmızı bibər – hidrasiya dərəcəsi 92%. Şirin qırmızı bibər tiamin, C və B6 vitaminləri, beta-karotin, likopinvə fol turşusu ilə zəngindir. Bir şirin bibər, sizi gün ərzində A vitamini ilə təmin edəcək. A vitamini hüceyrələrin inkişafı, görmə və orqanların sağlam olması üçün mühümdür.
8. Yunan qabağı – hidrasiya dərəcəsi 95%. Yunan qabağı, sizin yeyə biləcəyiniz ən hidrasiyaedici tərəvəzlərdən biridir. Potasium və folat (fol turşusu) ilə zəngin bu möhtəşəm tərəvəz, DNK-nı bərpa edə, yaraların sağalmasını və toxumaların inkişafını sürətləndirə, həmçinin sinir sisteminin funksiyasını yaxşılaşdıra bilər. Bazarda il boyu satılmasına baxmayaraq, yunan qabağının qızğın mövsümü may və iyul ayları arasıdır.
9. Kərəviz – hidrasiya dərəcəsi 95%. Kərəviz güclü elektrolit tərəvəz hesab olunur. O demək olar ki, bütünlüklə sudan ibarətdir və az kalorili olması ilə məşhurdur. Lakin, 2-3 təravətli kərəviz, orqanizmi bir çox mineral duzlar, vitaminlər və amin turşuları ilə təmin edir. Kərəviz, ağır məşqlərdən sonra bədəni və dərini rehidrasiya etmək və cavanlaşdırmaq üçün əla qidadır.
10. Qırmızı turp – hidrasiya dərəcəsi 90%. Ağızda xırçıldayan al rəngli turpa lazımi qədər qiymət verilmir, lakn onun tərkibi su ilə zəngindir və turp antioksidant və iltihab əleyhinə xassələri olan C vitamininin mənbəyidir. Turp həmçinin böyrək daşları riskin azaldan potassiumla və kükürd, dəmir və yod kimi minerallarla zəngindir.
Sələf Xəbər: Uca Allah dedi: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 32-34-cü ayələr).
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir.
Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar.” (Bax “Təfsir Əs-Saadi”).