Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Qərbin yeni dəbi – Ramazan tədbirləri

İyun 23
15:37 2015

Amerika Birləşmiş Ştatlarında bəzi şirkətlər öz müsəlman işçiləri üçün Ramazana həsr olunmuş tədbirlər təşkil edir.

“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, General Electric Korporasiyası da öz müsəlman işçiləri üçün belə bir tədbir təşkil edib. General Elektrik Korparasiyasının tədqiqat şöbəsinin direktoru Todd Elhart “The Washington Post” qəzetinə verdiyi müsahibəsində bildirib ki, bu, onlar tərəfindən təşkil olunmuş olduqca məşhur və maraqlı bir ziyafətdir. Todd Elhart onu da qeyd edib ki, tədbir zamanı 300 nəfər üçün nəzərdə tutulmuş yerlər demək olar ki, 4 saat əvvəldən tutulub.

Artıq 13 ildir ki, General Elektrik Korparasiyası ardıcıl olaraq Ramazana həsr olunmuş bu kimi mədəni tədbirləri təşkil edir.

Bu il keçirilən tədbirdə də qonaqlara Ramazanla bağlı təqdimatlar nümayiş etdirilərək, Pakistan və Aralıq dənizinin mətbəxtlərindən hazırlanmış yeməklərdən ibarət ziyafət verilib. Həmçinin, Ramazan şərəfinə hazırlanmış tədbirdə viktorina da keçirilib. Viktorinada qalib gələn qonaqlar bir qutu əla paxlava ilə təltif olunublar. Bundan əlavə, tədbir zamanı xeyriyyəçilik məqsədilə 1700 dollar məbləğində vəsait də toplanıb.

Qeyd edək ki, American Airlines, Cisco Systems, Apple, Google və Oracle kimi böyük şirkətlər də çox sayda müsəlman işçiləri üçün Ramazan münasibətilə bu kimi tədbirləri keçirirlər.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930