Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Ramazan ayında BƏƏ məscidlərində ərzaqla dolu soyuducular quraşdırılıb

İyun 02
18:09 2017

Birləşmiş Ərəb Əmirliklərinin Qida bankı ehtiyacı olan insanlara müqəddəs Ramazan ayında yardım məqsədilə təşəbbüs irəli sürüb. Qida bankı tərəfindən ölkənin 80 məscidində içi ərzaqla dolu soyuducular quraşdırılıb.

Selefxeber.az-ın “3indubai“ya isitnadən xəbərinə görə, soyuducuların ərzaqla doldurulması təşkilatlar və ölkə vətəndaşları tərəfindən təmin edilir. Meyvə və tərəvəzlər istisna olmaqla, çiy halda heç bir qida bank tərəfindən qəbul edilmir. Hazırlanmış yeməklərin təzə olmasına isə xüsusi müfəttişlər nəzarət edir. Artıq məscidlərdə İftar saatında ehtiyac sahibləri rahatlıqla quraşdırılmış soyuduculardakı ərzaqlardan istifadə edirlər.

Məscidlərdə ərzaqların paylanması xüsusi yaradılmış koordinasiya mərkəzinə aid olan könüllülər tərəfindən həyata keçirilir. Hər soyuducuya iki nəfərdən az olmayan könüllü şəxslər nəzarət edir. Könüllülər arasında tələbələr xüsusilə çoxluq təşkil edir.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim oruc tutana iftar verərsə ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi.)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Noyabr 2017
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
27282930