Ramazan sonrası necə qidalanmaq lazımdır? – DİETOLOQDAN MƏSLƏHƏT
1. 291 dəfə baxılıb
İyulun 17-də Ramazan ayının sonuncu günüdür. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramı xüsusi önəmlidir. Bayram süfrələri bol və müxtəlif çeşiddə yeməklər, şirniyyatlarla dolu olur. Bu yeməklərin bir ay boyunca dincələn orqanizmə fəsadları da çox olur.
Bəs görəsən, oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlarla üzləşə bilər? Əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?
“Sələf Xəbər” Modern.az-a istinadən Ramazandan sonra düzgün və sağlam qidalanmağın yolları haqqında həkim, dietoloq Tutu Zeynalovun məlumatını təqdim edir:
O bildirib ki, Ramazandan sonra ən önəmli məqamlardan biri maddələr mübadiləsinin sürətlənməsidir: “Çünki Ramazan ayında cəmi iki vaxt qıdalandığımız üçün arada 16-17 saatlıq bir zaman dönəmində orqanizm qoruma mexanizmində çalışır. Maddələr mübadiləsi, metobalizma zəifləyir.
Bəzi insanlar Ramazan ayında iftar zamanı aşırı qida qəbul etməyə meyilli olurlar. Normal həyatlarına qayıdandan sonra ilk rastlaşdıqları problem, artıq çəkidir. Artıq çəki insan bədənində 40-dan çox xəstəliklərə yaxalanma riskini artırır. Ürək damar, hipertaniya, insult, mədə-bağarsaq sistemi xəstəlikləri riski artır. Çünki uzun müddət boş qalmış mədəni aşırı yükləyirlər”.
Tutu Zeynalova onu da qeyd edib ki, Ramazan süfrəsi şirniyyatla bol olur: “Şirniyatın da qəbulu artıq kalori və mədə-bağırsaq sistemini yükləyir. Nə etmək lazımdır? Seçim edərkən südlü, ağır şirniyyatlara üstünlük verməsinlər. Bayram süfrəsində yeyə biləcəklərindən artıq qida olmasın. Oruc tutan insanlar ilk öncə şirniyyat təklifini geri çevirməyi bacarmalıdır. Daha sonra qida qəbulunu artırmalıdırlar.
Ramazanda iki dəfə qidalanırdılarsa, bunu 5-6 yerə bölmək lazımdır. Yəni az-az, tez-tez qidalanmaq. Ara öyünlərdə mütləq süd məhsulları olmalıdır. Qatıq, ayran, meyvə, az miqdarda çərəz. Bol kərə yağında bişən yeməklərdən uzaq durmaq lazımdır. Qidaların bişirilmə yöntəmi önəmlidir. Yeməklər daha çox buğlama, soyutma tipli olsa, daha məqsədəuyğun olar. Yağda qızardılmamış qidalardan uzaq durmaq lazımdır”.
Tutu Zeynalovanın fikirlərinə görə fiziki aktivliyə xüsusi diqqət yetirməkdə fayda var: “İftar gec saatlarda olduğuna görə, faktiki olaraq bədən hərəkətsiz qalır. Buna görə hər gün 30-45 dəqiqə arası tempolu yürüşlər, rəqs, tens və yaxud üzgüçülüklə məşğul olmaq lazımdır.
Yay ayı olduğunu nəzərə alıb bol su qəbulu məsləhətdir. Ramazan ayında bəzi insanlar var ki, imsak vaxtı yuxudan durmayıb, ancaq iftarla kifayətlənirlər.
Bu vaxtı bədəndə su qıtlığı yaranır. Gündə yeməkdən yarım saat öncə və yarım saat sonra olmaq şərti ilə 8-10 stəkan su içmək lazımdır. Beləliklə də Ramazandan sonrakı müddətdə maddələr mübadiləsi əvvəlki normal vəziyyətinə qayıda bilsin.
Çiy yeyə biləcəyimiz meyvə-tərəvəz qəbul edirik. Bu məsləhətlərə əməl olunduğu təqdirdə insanın artıq çəki almaq ehtimalı azalır. Artıq çəki almadığınız halda xəstəliklərə yaxalanma riski də azalır. Artıq çəki şəkər, insul, hiperoniya xəstəliklərinə göndərdiyimiz dəvətnamədir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)
“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”. (Bax: “Təfsir Əs-Saadi”)