Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Ramazanda belə qidalana bilərsiniz – Məsləhət

İyun 20
15:53 2016

Ramazan ayında oruc tutanların yeməklə bağlı çoxlu sualları olur.

İftar və imsakda bunları yeməyiniz məsləhətdir:

Süd: bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.

Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.

Darçın: Yümək sonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidir. Darçını südə qarışdırıb içmək də olar.

Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakteriyaları isə öldürür.

Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, Ramazanda 2-3 fincan yaşıl çay ürəyinizi və bədənizi gümrah hiss etdirəcək.

Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.

Meyvə: İftarda bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatladacaq, qan şəkərində enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra biləcəksiniz.

Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.

Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlı yeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin.

Unutmayın ki, Ramazan ayı təkcə ac qalmaqdan ibarət deyil. Nəfsinizi bütün mənalarda tox tutmağı bacarmalısınız.

İftar açarkən ilk olaraq bir-iki qurtum su içməli və xurma yeməlisiniz. Daha sonra xiyar, pomidor, pendir, zeytun qəbul edin. 15 dəqiqə fasilədən sonra şorba için. yarım saat ara verdikdən sonra isti yemək yeyin. Beləcə, mədənizin həzmi qaydasında olacaq. Çalışın orucluq ərəfəsində ağır yeməklərdən uzaq olasınız. Daha çox tərəvəzli yeməklər hazırlayın. (axşam.az).

Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)
“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”.(Bax: “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930