Toronto metrosu Ramazanda İslamdan danışır – FOTO
1. 036 dəfə baxılıb
Islam-today “İslam dla vsex” saytına istinadən yazır ki, Kanadanın ən iri şəhəri – Torontodan olan bir qrup aktivist-müsəlman bu Ramazanda yerli Nəqliyyat korporasiyası ilə birgə keçirdiyi aksiyanın köməyi ilə cəmiyyətin islam haqqında təsəvvürünü dəyişəcək.
Şəhərinin metro stansiyalarının platformalarında Quran və Sünnədən əməli məsləhətlər əks olunan posterlər quraşdırılıb. “Biz göstərmək istəyirik ki, İslam yalnız məscid üçün din deyil, İslam – həyat tərzidir”, – qrupun təşkilatçısı Dayana Kamal aksiyanın məqsədini belə izah edir.
Posterlərin birində Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisi yer alır: “Hətta bol sulu çayın sahilində olsan belə, suyu israf etmə!”. Qalan plakatlar – maliyyə, münasibətlər, cəmiyyət və sağlamlıq mövzusundadır.
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.(Müqəddəs Quran, “Yusuf” surəsi, 108-ci ayə)