Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməmək – FƏTVA

İyul 19
12:08 2014

Sual: Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə sədəqə verə bilərəmmi?

Cavab: Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: “Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər….” (əl-Bəqərə: 184).

Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir: “Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər” (Buxari rəvayət etmişdir).

Ona görə də anan hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən 1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!

Daimi elmi araşdırmalar mərkəzi

Mənbə: Orucluq Fətvaları
Tərcüməçi: Əbdürrəhim Muradlı

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031