Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səudiyyə muftisinin adına fətva qondaranlara nəsihət

Aprel 10
16:08 2015

Bu günlərdə bəzi yalançı əcnəbi mətbuatlarında, xüsusən də “əl-Aləm” kanalının rəsmi səhifəsi olan alalam.ir saytında, sonra isə bəzi yerli KİV- lərdə də guya Səudiyyə Ərəbistanının muftisi Əbdüləziz Ali-Şeyxin, ərin zərurət anında həyat yoldaşının ətini yeyə biləcək fətvası yayılmışdır.

Əlbəttə ki, ağıllı, adil və təəssübkeşlikdən uzaq olan hər bir insan belə şayəni yaymadan öncə onu dəqiqləşdirməli idi. Halbuki, günümüzdə verilən hər bir fətvanı o fətva sahibinin rəsmi ünvanlarında arayıb-tapmaq haqq-həqiqəti yaymaq istəyənlər üçün çox asan bir işdir.

Bilmək lazımdır ki, pak dinimizin ən əsas prinsiplərindən biri də odur ki , bütün hallarda günahsız insanın canı toxunulmazdır! Bu məsələ yekdilliklə ittifaq olunan, dəyişməz prinsipdir!

Qeyd edək ki, bəzi fitnəkarlar keçən illərdə də bəzi alimlərin adına “cihad nikahı” adlı fətvanı yapışdırmış və özləri səviyyəsində olanları da buna inandırmışdılar. Lakin bu iyrənc fətvanın rəsmi və yazılı bir sübutunu istədikdə isə yalnız gözlərini döyməkdən başqa onlardan bir cavab görülməmişdi…

Yalanın, xüsusən də böhtanın din və millətindən aslı olmayaraq tam əksəriyyət tərfindən iyrənc bir əməl olduğunu qəbul etdiyi halda, əfsuslar olsun ki, günümüzün bəzi “dindarları” kimisə gözdən salmaq üçün bunu özünə din seçərək, araşdırmadan mənbə göstərmədən yaymağa belə xəcalət çəkmirlər. Daima xurafat və cəfəngiyyata inanmış belələrini adət etdikləri “palçığı ağ parçaya at, özü qalmasa da izi qalacaq” kimi iyrənc metoddan çəkindirmək üçün Quran və hədislər nəsihət olaraq kifayət etməsə belə, bizim öhdəmizə yenə də xatırlatmaq düşür.

Allah-Təala buyurur: “Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə: 8)

“Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (ən-Nəhl: 105)

Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Doğru danışın! Həqiqətən də, doğru danışmaq (hər bir işdə) yaxşılığa aparır. Yaxşılıq isə Cənnətə aparır. Bir kişi (sözündə və əməlində) həmişə doğru olar və doğruluq üçün çalışarsa, Allah yanında doğru kəs yazılar. Yalandan çəkinin! Həqiqətən də, yalan günahlara aparır. Günahlar isə Cəhənnəmə aparır. Bir kişi yalan danışar və yalan üçün çalışarsa, Allah yanında yalançı kəs kimi yazılar”. (Əhməd, Tirmizi, İbn Macə və digərləri rəvayət etmişdir)

Digər xəbərlər