Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç rayonda əmək yarmarkası keçirib
2. 897 dəfə baxılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 19-da Qax, Ağstafa və Daşkəsən rayonlarında Əmək yarmarkaları keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qax rayonunda 27 müəssisə üzrə 180 boş (vakant) iş yeri, Ağstafa rayonunda 48 müəssisə üzrə 251 boş (vakant) iş yeri, Daşkəsən rayonunda isə 17 müəssisə üzrə 270 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.
Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirakı təmin olunub. Yarmarkalar zamanı əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.
Növbəti Əmək yarmarkasının iyunun 20-də Qazax rayonunda keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, cari ilin ötən dövründə Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.
Mənbə: Milli.az
Sələf Xəbər: Uca Allah buyurur: “Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 60-cı ayə).
“Xeyirxah və Uca Xaliq xəbər verir ki, O (Pak və Müqəddəs Olan) təklikdə bütün məxluqlarının ruzisi haqqında qayğı çəkir. Həm güclü olanlar, həm də aciz məxluqlar yalnız öz Rəbbinin qayğısı sayəsində ruzi tapırlar. Nə qədər heyvanlar da vardır ki, onlar nəinki gücdən, həm də ağıldan məhrumdur! Onlar özlərinə yem ehtiyatı tutmur, amma Mərhəmətli Allah yer üzündə onlara hər birinin qismətini aramsız olaraq əta edir.
Ey insanlar! Bununla yanaşı Allah sizin özünüzü də ruzi ilə təmin edir. Sizin hər biriniz Allahın himayəsi altındadır. O (Pak və Müqəddəs Olan) bütün varlıqları yaratmış, məxluqlarının talelərini yönəldir və onlara zəruri olan hər şeyi əta edir. O – Eşidəndir, Biləndir. Buna görə heç bir şey Onun xəbəri olmadan baş vermir və heç bir canlı məxluq, guya Allahın onun varlığını unuda biləcəyinə görə, acından ölə bilməz.” (Bax “Təfsir As-Saadi”).