Ağdamda otlaq sahəsində kişi meyiti tapılıb
1. 030 dəfə baxılıb
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Baharlı qəsəbəsində əkin sahəsində kişi meyiti tapılıb.
Sözügedən ərazinin yaxınlığında oynayan balaca uşaqlar bir nəfərin hərəkətsiz vəziyyətdə qaldığını görüb yerli sakinlərə xəbər veriblər.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, həmin şəxs məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan Məmmədov Ceyhun Vidadi oğludur. Onun ürək çatışmazlığından keçindiyi müəyyən edilib.
Sakinlərin sözlərinə görə, Ağdam şəhərindən məcburi köçkün olan 1966-cı il təvəllüdlü C.Məmmədov iki dəfə ailə həyatı qursa da, tüfeyli həyat sürüb, alkoqol aludəçisi olub. Ölümündən bir neçə saat əvvəl də o, həddən artıq çox spirtli içki qəbul edib və qızmar günəşin altında yatıb və oyanmayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.”(Müqəddəs Quran, “Maidə” surəsi, 90-cı ayə)