Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

AİHM Ermənistanı məhkum etdi

İyun 17
17:00 2015

“10 illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gözlədiyimiz ədalətli qərarı verdi”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə millət vəkili Azay Quliyev çıxış edib. Onun sözlərinə görə, AİHM bu qərarla Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını rəsmən təsdiqlədi:

“İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə çıxartdığı qərarı alqışlayıram. 10 illik mübarizədən sonra AİHM gözlədiyimiz ədalətli qərarı verdi. İlk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Haqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi və siyasi əhəmiyyəti var. Belə ki, AİHM bu qərarla Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalını rəsmən təsdiqləmiş oldu. Şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbrlə təmin edən komandaya, bir sözlə, zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!
Uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər