Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb
5. 888 dəfə baxılıb
“Henley & Partners” şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada “gücünə” görə 72-ci yeri tutur.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, Azərbaycan “Henley & Partners” şirkətinin ötənilki reytinqi ilə müqayisədə mövqeyini 2 pillə yaxşılaşdırıb (keçən il 74-cü sırada idi).
Bu siyahıda Ermənistan 76-cı, Gürcüstan 53-cü, Rusiya 48-ci, Belarus 65-ci, Ukrayna 44-cü olub.
Reytinqə əsasən, Almaniya pasportu sərbəst hərəkət etmək üçün daha çox imkan verir – 177 ölkə. İkinci pillədə 176 ölkə göstəricisi ilə Sinqapur qərarlaşıb. 8 ölkənin – İsveç, Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa və Yaponiyanın pasportları ilə isə viza rəsmiləşdirmədən dünyanın 175 ölkəsinə səfər etmək mümkündür.
Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.
Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.