Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan əhalisinin statistikası

İyul 09
14:08 2015

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-i vəziyyətinə 9 mln. 636,3 min nəfərə çatıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6-ya qədər azalıb.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.

Sələf Xəbər: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir”. (Qurani-Kərim, “Şura” surəsi, 49,50-ci ayələr)

“Uca Allah Özünün hüdudsuz hakimiyyəti, istədiyi hər şeyi xəlq etməsi və göylərdə və yerdə bütün hadisələri idarə etməsi barədə xəbər verir. O (Pak və Müqəddəs), məxluqlarına uşaq dünyaya gətirmək qabiliyyəti vermiş və onlara, kimi istəyirsə, bəxş edir. Allah-Təala bəzilərinə qızları əta edir, digərlərinə isə oğlan uşaqları bağışlayır. O (Pak və Müqəddəs), bəzi insanlara həm oğlan, həm də qız uşaqları əta edirsə, başqalarını qısır saxlayır. Bilən və Qüdrətli adları Onun gözəl adlarındandır. Məxluqları üzərində Öz hakimiyyəti və Özünün hüdudsuz bilikləri sayəsində O (Pak və Müqəddəs), Kainatın işlərini ən mükəmməl surətdə idarə edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər