Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Barak Obamadan İlham Əliyevə (Allah onu qorusun) Ramazan təbriki

İyul 11
18:16 2015

“Sələf Xəbər” President.az-a istinadən məlumat veriri ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə (Allah onu qorusun) təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!”

Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)

Digər xəbərlər