Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dərbəndlilər Azərbaycana köməyə hazırdırlar

Aprel 16
15:52 2016

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerli sakinlər tərəfindən aksiya keçirilib.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Dərbənd şəhərində yaşayan azərbaycanlıların təşkil etdiyi aksiya son zamanlar Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaranmış gərginliklə bağlı olub. Tədbirdə Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi istiqamətində ölkəmizə dəstək məqsədi ilə şüarlar səsləndirilib.

Dağıstanda yaşayan azərbaycanlılar adından çıxış edənlər həmrəylik nümayiş etdirərək, hər zaman Azərbaycana köməyə hazır olduqlarını bildiriblər.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)

Digər xəbərlər