Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Düşmənin pilotsuz aparatı belə vurulub – VİDEO

Dekabr 26
15:48 2015

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın məhv edilməsi anının videogörüntüsünü yayıb.

“Sələf Xəbər”in Apa.tv-yə istinadən məlumatına görə, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq Azərbaycan mövqelərinə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anının videogörüntüsü təqdim olunur.

Videogörüntüdə PUA-nın kamerasından əldə edilmiş kadrlar da təqdim edilir.

Qeyd edək ki, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər