Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Hər şeyə hazırıq” – Dindarların Prezidentə müraciəti

Aprel 18
19:29 2016

Bu gün Sumqayıtda yaşayan əhli sünnə camaatının bir qrup nümayəndəsi tərəfindən redaksiyamıza müraciət daxil olub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, redaksiyamıza daxil olan müraciətdə Sumqayıt əhli sünnə camaatının üzvlərinin Qarabağ münaqişəsinin həlli üçün atılacaq hər bir addımda Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduğu bildirilir.

Müraciəti ünvanlayanlar Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını, amma əgər müharibə qaçılmaz olarsa, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedəcək döyüşlərdə Ali Baş Komandanın səfərbərlik əmrini səbirsizliklər gözlədiklərini bildiriblər.

Sələf Xəbər: Allah-Təaladan bütün İslam ümmətinin dinlərində sabit olaraq xoş, firavan yaşamasını və müsəlman rəhbərlərini xalqlarına, xalqlarını da rəhbərlərinə sevdirərək vətən uğrunda bir yumruq kimi etməsini diləyirik. Həqiqətən də, O, hər şeyə qadirdir…

Digər xəbərlər