Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Heydər” məscidinə rəhbər təyin edildi

Fevral 28
18:21 2015

Bir müddət əvvəl açılışı olan “Heydər” məscidinə rəhbər təyin olunub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış “Heydər” Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Hələlik məscidə axundlar təyin edilməsə də, bir neçə axundun təyinatı gözlənilir. Əldə etdiyimiz digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsidir”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər