Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir

Noyabr 04
18:21 2015

Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) şimal-qərb bölgəsinə səfəri başlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, səfər Zaqatala rayonundan başlanıb. Dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.
Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi – uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.

Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak edəcək.

Sələf Xəbər: Xalqımıza bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər