İŞİD Xəvaric qruplaşmasının üzvü olan azərbaycanlılar İraqa daxil olublar
1. 832 dəfə baxılıb
ANS PRESS-in məlumatına görə, azərbaycanlıların İraqa daxil olmasını əks etdirən yeni video yayılıb.
Videoda İŞİD üzvü olan azərbaycanlılar Fırat çayının yanında duraraq Allaha dua ediblər. Onlar çox yaxın bir zamanda Xilafətin bərpa edilməsi xəbərini dünyaya bəyan edəcəklərini söyləyiblər.
Videonu çəkən şəxsin də azərbaycanlı olduğu bildirilir. Çeçenistan və Əfqanıstandan olan Abuzari və Əbu Abdurafi adlı döyüşçülərin də İraqa gəldikləri qeyd olunub.
Mənbə: AZNEWS.az
Peyğəmbər və onun səhabələri heç vaxt belə fəsadla məşğul olmamışlar. Bu insanlar özlərinin “Sünnəyə dəvətlərində” gurultulu və gözəl nitqlər söyləyir, amma onların sözləri əməlləri ilə uyğun gəlmir. Heç bir şübhə yoxdur ki, həqiqi İslam belə fəsaddan uzaqdır.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, yuxarıda təsvir edilən hərəkətlərin Islama heç bir aidiyyəti yoxdur. Bu Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salam olsun) yolu deyildir.Belə yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqq sözünü çatdırmaq üçün gəldi.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır. Şübhə yoxdur ki, kamikadzelərin özlərini partlatması və bu zaman dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.
Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX-ci əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120).