Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nüfuzlu jurnal “ASAN Xidmət”dən yazdı

Fevral 03
17:28 2015

Azərbaycanın bu layihəsi dünyanı heyrətləndirib. Dünyanın nüfuzlu jurnalı “ASAN Xidmət”dən yazıb. Tanınmış “Foreign Affairs” jurnalında “ASAN Xidmət” barədə geniş məqalə dərc edilib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, “Azərbaycan 2020. Gücü davamlı inkişafa çevirmə” adlanan məqalədə Azərbaycanda geniş əhatəli islahatlardan xəbər verən sürətli sosial-iqtisadi dəyişikliklərin baş verdiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, bu islahatlar dövlət xidmətlərinin müasirləşdirilməsini də əhatə edir: “Dövlət xidmətlərinin həyata keçirilməsində sıçrayış nümayiş etdirən və bütün vətəndaşların dövlət xidmətlərindən bərabər yararlanmasını təmin edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin ASAN-Xidməti ölkənin transformasiyasında mərkəzi rol oynayır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf edərək, nemətlərə görə Ona həmd etməlidir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər