Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz 10 erməni hərbçisini öldürüb, 20 nəfəri yaralayıb

Dekabr 18
19:39 2015

Azərbaycan ordusu cəbhə xəttində 10 erməni hərbçisini öldürüb, 20 nəfəri yaralayıb.

Erməni separatçılarının işğal olunan ərazilərdəki nümayəndəsi bildirib ki, ötən gecə təmas xəttindəki vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Silahlı Qüvvələri işğal olunan ərazilərdə – Dağlıq Qarabağda 10 hərbçini öldürüb, 20 nəfəri yaralayıb.

“Sələf Xəbər” bildirir ki, bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər