Qamət Süleymanov: Suriyada döyüşənlər Azərbaycan üçün problem yaradacaq
2. 675 dəfə baxılıb
Suriyada doğrudan da azərbaycanlılar döyüşür. Lakin KİV-nin yüz azərbaycanlının həlak olması haqda xəbərləri şübhəsiz şişirdilmişdir. Bu barədə Obyektiv TV-yə müsahibəsində “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov deyib, “Contact” xəbər verir.
Onun fikrincə, azərbaycanlılar onları dini radikalizmə çatdıran “daxili və xarici səbəblərə” görə Suriyada vuruşur.
Xarici səbəblər – müsəlman ölkələrində baş verən müharibə və münaqişələrdə çox sayda insanın həlak olması. Dini radikallar bunu görüb müsəlmanlara kömək etmək üçün döyüş əməliyyatları zonasına yollanır.
Daxili səbəblərə gəldikdə isə, bu dindarların sıxışdırılması, məscidlərin bağlanması, dinə qarşı tədbirlərin çoxalmasıdır. Süleymanov hesab edir ki, radikal qüvvələr məharətlə bu amillərdən istifadə edir.
Onun fikrincə, Azərbaycanda dini radikalizmi dəstəkləyən qüvvələr var. “Lakin bu insanlar hələ özünü açıq şəkildə radikal qruplar kimi göstərmir, onlar gizlicə hərəkət edir. Sumqayıtda da eyni adamlar hərəkət edirdi. Fikir ayrılıqlarına görə bir-birinə qarşı silah qaldırdılar. Bu onlarda norma sayılır. Mənə və “Əbubəkr” məscidinə qarşı da həmçinin terror aktı törədilmişdi. Biz onlarla razı deyilik. Onlarla ilə eyni fikirdə olmayan kəsləri müsəlman görmürlər, bu da o deməkdir ki, öldürülmələrinə də icazə verirlər”, – Süleymanov deyib.
Onun fikrincə, Suriya daxil olmaqla, xaricdə döyüşən Azərbaycan dini radikallar, geri qayıtdıqdan sonra, öz əqidələrini yaymağa başlayırlar.
“Bu hal problemlər yarada bilər, lakin stabilliyi pozacağına inanmıram”, – Süleymanov hesab edir.
Eyni zamanda, Süleymanov azərbaycanlıları Suriya və başqa ölkələrdən qayıtmağa, dininə uyğun yaşamağa və Azərbaycan qanunlarını pozmamağa çağırdı. “Onların Suriya və başqa ölkələrə getmələri heç nəyi həll etmir. Əksinə, yerli əhali üçün böyük problemlər yaradır”, – Qamət Süleymanov əlavə etdi.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu hifz etsin) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.” (Bax video).