Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tovuzda mina partlayıb və xəsarət alanlar var – VİDEO

Oktyabr 31
14:47 2015

Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, ilkin ehtimala əsasən partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.

🎬

Sələf Xəbər: Uca Allahdan əsgərlərimizə kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər