Zakir Qaralov: Korrupsiyanın qarşısının səmərəli şəkildə alınması üçün çoxşaxəli əməkdaşlıq zəruridir
984 dəfə baxılıb
Korrupsiyanın qarşısının səmərəli şəkildə alınması üçün çoxşəli əməkdaşlıq zəruridir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə (AŞ NK) sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlaına həsr olunmuş tədbirdə bildirib.
Z.Qaralov qeyd edib ki, Azərbaycanın AŞ NK-ya sədrliyi dövründə 18 mühüm tədbir keçiriləcək: “Bu konfrans onlardan biri idi. Konfrans uğurla başa çatıb. Biz qarşılıqlı səylər nəticəsində korrupsiyaya qarşı mübarizə işinə az da olsa, öz töhfəmizi verə bildik”.
Baş prokuror deyib ki, buradakı məlumatlar hər bir iştirakçı üçün maraqlı və faydalı olub. Eyni zamanda, müxtəlif ölkələrin nümayəndələrinin bir-biri ilə yaxından tanış olması gələcək əməkdaşlığın genişlənməsinə zəmin yaradıb”.
Avropa Şurasının İnsan Hüquqları və Hüquq Məsələləri Baş İdarəsinin baş direktoru Filip Buoya isə bildirib ki, bu iki gün indiki dövrdə milli təcrübələri bölüşməyə imkan verib: “Eyni zamanda, Avropa Şurası sərhədlərindən kənar bəzi ölkələrin də təcrübəsini öyrənə bildik. İnanıram ki, bu konfrans həqiqətən də korrupsiyaya qarşı mübarizə sahəsində öz töhfəsini verəcək”.
Qeyd edək ki, konfransın nəticələri ilə bağlı ciddi nəşr toplusu hazırlanacaq və həmin toplu konfransın bütün iştirakçılarına çatdırılacaq. Konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak ediblər.
Sələf Xəbər: Xatırladaq ki, rüşvətxorluq böyük günahlardan biridir, hansını ki, Uca Allah Quranda yada salır: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 188-ci ayə).
İmam ət-Tirmizinin rəvayət etdiyi 1336 nömrəli səhih hədisdə həmçinin bildirilir ki, rüşvət vermək və rüşvət almaq lənətlənmiş əməldir.