Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Kanadalı müsəlmanlar İŞİD əleyhinə kampaniya keçirib – FOTO

Mart 14
16:35 2015

“Kanadanı və ya kanadalını incidən hər bir müsəlman İslamın düşmənidir”.

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, “Kanadalı Müsəlmanlar Terrorçuluq Əleyhinə” qrupu tərəfindən bu yaxınlarda həyata keçirilmiş kampaniya çərçivsində qrup üzvləri ölkədəki insanların “təhlükəsizliyini təmin etmək üçün” əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər.

Kampaniya üzvləri iri posterlər çap etdirib və onlardan birini Torontoda yerləşən Dundas metro stansiyasının platformasında yerləşdiriblər. Posterdə yazılıb: “Kanadanı və ya kanadalını incidən hər bir müsəlman İslamın düşmənidir. Biz, Kanadalı müsəlmanlar, siz kanadalıların bilmənizi istəyirik ki, sizin qayğınıza qalacağıq. Sizin təhlükəsizliyinizi təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Qrupun əvvəlcə İslamdan xristianlığa keçmiş və daha sonra yenə İslamı qəbul etmiş prezidenti Stiv Rokvell bildirib ki, kampaniya, həmçinin İslamı terrorçuluq üzərində qurulmuş bir inanc kimi qələmə verən mətbuatın mənfi təzahürlərini təkzib etmək məqsədi daşıyır.

“Məncə bu ölkədəki müsəlmanlar geri çəkilməməli və İslam barədə təhrif olunmuş baxışların ayaq açıb yeriməsinə imkan verməməlidirlər”, – deyərək Stiv Rokvell “Toronto Sun” qəzetinə müsahibəsi zamanı bildirib. O, sözlərinə belə əlavə edib: “İŞİD terror xəvaric qruplaşması, Taliban və Boko Haramın törətdiyi zorakılıq mətbuat tərəfindən sensasiyaya çevrilir…və onlara (İŞİD terror xəvaric kimi qruplaşmalara) müsbət cavab verən və qoşulan azsaylı müsəlmanlar, İslam barədə təhrif olunmuş fikirlərin meydana gəlməsinə səbəb olur və bu heç də İslam demək deyil”.

Müntəzəm olaraq TV və radioda şərhçi olaraq çıxış edən Rokvell Kanadadakı müsəlmanların əksəriyyətini sülhsevər müsəlmanlar adlandırıb: “Əgər biz kiminsə İŞİD terror xəvaric qruplaşmasına qoşulmağa və ya terror aktı törətməyə hazırlaşdığını görsək və ya eşitsək, bu barədə səlahiyyətli orqanlara xəbər verəcəyik. Biz insanları qorumaq üçün burdayıq. Kanadalının incidilməsi müsəlman icması üçün xoşagələn hal deyil”.

Stiv Rokvell onu da qeyd edib ki, gələcəkdə şəhər ərazisində daha çox posterlər yerləşdiriləcək.

📷

calgary-protests-against-isis-violence calgary-protests-against-isis-violence2

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində, İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı, yoxsa onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər