Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Antibiotiklər uşaqlarda piylənməyə səbəb olur

Oktyabr 02
12:58 2014

“Sələf Xəbər” kadinvekadin.com saytına istinadən bildirir ki, ABŞ alimləri erkən yaşda antibiotiklərlə müalicə almış uşaqların digər dərmanlardan istifadə etmiş uşaqlarla müqayisədə piylənmə riskinə 10% daha çox məruz qaldığını aşkarlayıblar.

JAMA Pediatriya Təşkilatının nəşr etdiyi hesabatda, 2 yaşına qədər gündə 4 və ya daha az dərman içən uşaqların, digər uşaqlarla müqayisədə piylənməyə məruz qalma riskinin 10% daha çox olduğu qeyd olunub. Lakin, hesabatda qeyd olunur ki, bu riskə baxmayaraq, antibiotiklər birbaşa piylənməyə səbəb olmur və uşaqların müalicəsində antibiotik istifadə edilməsinə davam etmək zəruridir.

Pensilvaniya Universiteti və Blumberq Səhiyyə Məktəbi isə 2001-2013-cü illər arasında 64,500 uşağın sağlamlıq qeydlərini tədqiq edib. Araşdırmada 5 yaşına qədər müşahidə edilən uşaqların 70%-nin 2 yaşına çatana qədər gündə 2 ədəd antibiotik qəbul etdiyi məlum olmuşdur. Həmin araşdırmada 5 yaşına qədər gündə 4 və 4-dən çox antibiotik qəbul edən uşaqlarda daha az dərman istifadə edən uşaqlarla müqayisədə piylənmə riskinin 10% daha çox olduğu açıqlanıb. Tədqiqatçılar reseptsiz satılan və uşaqlara uyğun olmayan antibiotiklərin uşaqların inkişafına mənfi təsir göstərdiyini bildiriblər.

İngiltərə Ümumi Mikrobiologiya Birliyinin mütəxəssisi professor Nigel Braun deyib: “Bu araşdırma, uşaqların erkən yaşda antibiotik qəbul etməsinin piylənmənin əmələ gəlməsində mühüm rol oynadığının bir sübutudur.”

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930