Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bütün qatarlarda “Wi-Fi” olacaq

Noyabr 27
17:56 2015

“Azərbaycan Dəmir Yolları” QSC regionlar üzrə dəmir yolu stansiyalarında kassalarda qatar biletlərinin onlayn satış sistemini tam tətbiq edib.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, biletlərin satış məntəqələrində terminallar quraşdırılıb, onların üzərindən biletlərin ödənişi həyata keçirilir. Terminal üzərindən kassir onlayn rejimdə sərnişin üçün gediş variantlarını seçir və dəmiryolu gediş sənədlərinin sifariş blankını tərtib edir.

Müəssisənin gələcək planlarına lokal sistemin Rusiya şəbəkəsinə qoşulması daxildir ki, bu da sərnişinlərə Rusiya daxili dəmiryolu nəqliyyatına bilet almağa imkan verir. Eyni zamanda QSC-nin internet resursu vasitəsilə biletlərin onlayn rejimdə qabaqcadan ayrılması da həyata keçirilir.

N.Əzməmmədov, həmçinin Bakı-Sumqayıt qatarında olduğu kimi, yaxın gələcəkdə digər istiqamətdə hərəkət edən qatarlarda da “Wi-Fi” şəbəkəsinin qurulacağını bildirib.

Digər xəbərlər

ARXİV

May 2021
M T W T F S S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31