Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Göz əzələlərini zəiflədən amil

Fevral 03
11:41 2015

Alimlərin orta məktəbə gedən uşaqlar arasında apardıqları araşdırmanın nəticələrinə görə, küçəyə çıxmayan uşaqların gözləri daha tez zəifləyir.

“Sələf Xəbər” Tabloid.az-a istinadən xəbər verir ki, Uzaq Şərqin böyük şəhərlərində “küçəyə çıxmyan” yeni nəsildəki miyopiya (göz əzələlərinin zəifliyi) xəstəliyinin daşıyıcıları daha çoxdur.

Avstraliyanın Kanberra Universitetinin alimlərinin keçirdiyi araşdırmada məlum olub ki, Sinqapurda orta məktəbə gedən uşaqlar sadəcə günün yarım saatını çöldə keçirir. Bu isə 10 uşaqdan 8,9-nun miyopik olduğunu göstərir.

Məktəbin yuxarı sinif şagirdlərində miyopiyaya yoluxmalar Çin, Tayvan, Honq Konq, Yaponiya, Sinqapur və Cənubi Koreyanın böyük şəhərlərində rast gəlinir. Bu şəhərlərdə miyopiya xəstəliyinin 80-90% olduğu vurğulanıb.

Araşdırmaçılardan İan Morqan dünyanın digər ölkələrindən fərqli olaraq Uzaq Şərqdə uşaqların məktəbə getdiyini, məktəbdən çıxmadıqlarını, daha sonra evlərinə gedərək dərs hazırladıqlarını, kompyuterlə vaxt keçirdiklərini və televizor izlədiklərini bildirib. Morqan günəş işığının göz əzələlərinin normal inkişafı üçün lazımlı və önəmli olduğunu, miyopiyanı əngəlləyən dofamin adlı hormonunu aktivləşdirdiyini bildirib.

Araşdırma qrupu Uzaq Şərqdəki miyopiya xəstələrinin çoxunun irsi olmadığını bildirib. Morqan Günəş işığından yetəri qədər faydalandığında, kitab oxumağın, dərs hazırlamağın, kompyuter qarşısında vaxt keçirməyin miyopiya simptomlarının artmasına səbəb olmayacağını və günün 2-3 saatını çöldə keçirən uşaqlarda miyopiya baş verməyəcəyini ifadə edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.” (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin, görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin, ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.

Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı, sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı, siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930