Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hərbi xidmət yerləri sayt və SMS vasitəsilə öyrəniləcək

Dekabr 31
15:31 2014

Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İtimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür.

Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.

Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930