Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

NASA və “Uber” müqavilə bağladı – UÇAN TAKSİ

Noyabr 09
16:34 2017

Selefxeber.az-ın “independent.co.uk” saytına istinadən məlumatına görə, ABŞ-ın Milli Aeronavtika və kosmik sahəsin tədqiqatı idarəsi (NASA) və “Uber Technologies” şirkəti elektrikin köməyi ilə uçan taksinin hazırlanması haqqında birgə razılaşma imzalayıblar.

“Los-Anceles – yol hərəkəti nöqteyi-nəzərindən çox yüklənmiş şəhərdir və bizim ciddi olaraq nəsə fikirləşməkdən başqa variantımız yoxdur. İctimai nəqliyyatdakı ağır vəziyyəti yüngülləşdirməliyik”, – “Uber”in nümayəndəsi Ceff Xolden bildirib.

Şəhər artıq 2020-ci ildə bu taksilərdən yararlana biləcək. Daha sonra isə Dallas şəhəri uçan taksilərlə təchiz olunacaq.

“Uber” maşınlarda qalxma və enmənin şaquli olacağını və onların kiçik hündürlüklərdə uçacaqlarını bildirir. Zamanla şirkət pilotsuz aparatlara keçməyi planlaşdırır ki, bu da tarifləri azaltmağa imkan verəcək.

Digər xəbərlər

ARXİV

Fevral 2025
M T W T F S S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
2425262728