Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tez hazırlanan əriştə diabet və ürək xəstəliklərinin səbəbidir

Avqust 18
15:52 2014

AzərTAc “Science World Report” jurnalına istinadən xəbər verir ki, Beylor Universitetinin (Texas, ABŞ) mütəxəssisləri müəyyən ediblər ki, əriştədən müntəzəm istifadə kardiometabolik sindromun inkişafına gətirib çıxarır.

Bu, ürək-damar, şəkərli diabet xəstəliklərində özünü büruzə verir. Asiyada tez hazırlanan əriştə daha populyardır. Cənubi Koreyada tibb işçiləri öz pasiyentləri arasında şəkərli diabet və stenokardiya diaqnozlarını daha tez-tez müəyyən edirlər. Bu xəstəliklər piylənmənin və düzgün həyat tərzi keçirilməməsinin nəticələridir. Şəkərli diabet insanın ömrünü xeyli azaldır və metabolik, damar pozğunluqlarından vaxtsız ölümə səbəb olur.

Tibb işçiləri əriştənin həftədə iki dəfədən çox istifadəsini məsləhət görmürlər. Bu ərzağın iki təhlükə faktoru vardır. Birincisi, acı ədviyyat və əriştənin özünün kaloriliyidir. Tez hazırlanan əriştədən müntəzəm istifadə edən insan acı ədviyyatdan asanlıqla qastrit və karbohidrat çoxluğundan diabet xəstəliklərinə tutula bilər. İkinci faktor əriştənin dəmə vurulduğu plastik qabdır. Plastik kütlə ilə qaynar suyun reaksiyasından insan orqanizminə ziyan vuran təhlükəli birləşmələr əmələ gəlir.

Həmçinin qeyd etmək lazımdır ki, qadınlar arasında xəstəliyə tutulma riski kişilərinkindən iki dəfə yüksəkdir. Yəqin ki, bu, həzm sisteminin zəif olması və potensial təhlükəli ərzaqları həzm edə bilməməsi ilə bağlıdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930