Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tibbdə “ağıllı” sarğı kəşf edildi

Yanvar 06
16:11 2016

Yeni kəşf olunan “ağıllı” sarğı dərinin temperaturuna nəzarət edir, avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları içərisində elektronika və dərman olan yeni sarğı növü yaradıblar. Bu sarğı yaraya insanın köməyi olmadan qulluq edir.

Hidrogeldən düzəldilən möhkəm sarğı yetərincə elastikdir, hətta dizdə və dirsəkdə olduğu halda hərəkətləri məhdudlaşdırmır. Onun içində innovasiyalı ötürücülər var. Sarğı dərinin temperaturuna nəzarət edir və avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır. 90 faiz sudan ibarət olan hidrogel insan dərisinin xüsusiyyətlərini təkrar edir. Gel titan, alüminium, silikon, keramika, qızıl kimi materiallarla və adətən elektron komponentlərin hazırlanmasında istifadə olunan başqa maddələrlə güclü qarşılıqlı əlaqə yaradır. Gelin içərisindən keçən titan tellər sarğını cərəyan keçirən edir, onun içinə elektron qurğular, məsələn, yarımkeçirici çiplər yeritməyə imkan verir. Sarğıya işıq diodları da quraşdırılıb. Yaranın temperaturu müəyyən həddə çatanda və ya dərman bitəndə bu diodlar yanmağa başlayır. Sarğı təcili ixtisaslı yardım tələb olunanda uzaq məsafədən həkimi xəbərdar edə bilir.

Yeni sarğının müəllifi Szuanxe Cjao “ağıllı” gelə bənzər elastik, orqanik elektronika hazırlamağa ümid bəsləyir. Bu vasitəni bədənə, hətta implantasiya etmək mümkün olacaq.

Qeyd edək ki, “ağıllı” sarğı, ilk növbədə, daim tibbi nəzarət tələb edən və infeksiya riskinin yüksək olduğu yanıqlar üzərində sınaqdan keçiriləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930