Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Windows 10 ilə telefonlara yeniliklər gəlir

Yanvar 23
18:08 2015

Windows 10 “simsiz nəşr etmə” variantını təqdim edir. Microsoft, ötən gün Windows 10-a dair yeni məlumatlar paylaşdı.

“Sələf Xəbər” A24.az-a istinadən bildirir ki, artıq bu yenilik ilə, həm PC-də, həm də mobildə İnternet Exploreri unudulacaq. Çünki istifadəçilərə Windows 10 ilə “Spartan” sistemi xidmət edəcək.

SMS və Skype kimi mesajlaşma proqramları arasında sürətli hərəkət edə biləcəksiniz. Bu sistemlərə 3 nümunə olaraq World, Excel və PowerPoint-i göstərə bilərik. Beləcə bu tətbiqetmələri PC, tablet və telefonlarda istifadə edə biləcəksiniz və hər etdiyiniz dəyişikliyi digər cihazda da görə biləcəksiniz. Yəni telefonda etdiyiniz bir tənzimləməni və ya əməliyyatı daha sonra PC-də davam edə biləcəksiniz.

Windows 10 ilə birlikdə gələn Office proqramında “simsiz nəşr etmə” variantı da var və beləcə, telefonunuzdan printerinizə kabelə ehtiyac qalmadan sənədlər göndərə biləcəksiniz.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031