Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Xallar xərçəngin xəbərçisi ola bilərmi?

Fevral 12
19:57 2015

Bədəninizdə olan xallara diqqətlə baxın. Onların bəziləri sizi təhlükəli xəstəliklərdən xəbərdar edə bilər. Belə ki, son illər aparılan araşdırmalar xalların dəri xərçənginin işarəti ola biləcəyini ortaya çıxarıb. Təbii ki, bu, bütün xallar üçün keçərli deyil.

Bəs, hansı xalları təhküləli hesab etmək olar?

“Sələf Xəbər” Tabloid.az-a istinadən xərçəngin xəbərçisi hesab edilən xalların xarakterik xüsusiyyətlərini təqdim edir:

Mütəxəssislər bildirirlər ki, uşağın bədənində doğuşdan bir neçə gün sonra görünən xallar o qədər də təhlükəli deyil. Ancaq xalın ölçüsünə diqqət etmək lazımdır. “Doğuş izi” adlandırılan iri və tünd rəngli xallar gələcəkdəki təhlükələrin ilk işarəti ola bilər. Belə xala sahib insanlar ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər.

Müəyyən yaş həddindən sonra yaranan xallar isə daha təhlükəlidir. Belə xallara hər gün nəzər yetirmək lazımdır. Əgər xalın rəngində və ya ölçüsündə dəyişiklik baş veribsə, dermatoloqa müraciət etmək lazımdır.

Həmçinin, simmetrik olmayan, xalın müxtəlif rənglərdə olması, 6 millimetrdən böyük olması da təhlükə siqnallarının çalınması deməkdir.

Dermatoloqlar bildirirlər ki, xalın əməliyyatla götürülməsinin zərərli olduğu ilə bağlı fikir tamamilə yanlışdır. Hətta, bəzi xallar mütləq götürülməlidir.

Çünki problemli xal daha sonra xərçəngə çevrilə bilər.

Hansı xalları əməliyyatla götürmək lazımdır?
Analizlər zamanı xalda riskli dəyişikliklər müşahidə edilibsə;
Əgər xalın üzərində tüklər çıxıbsa;
Xal genital bölgə kimi xəstəni narahat edə biləcək yerlərdə yaranıbsa;
Rəngi gah qırmızı, gah da qəhvəyi olursa;
Ölçüsü çox böyükdürsə;
Bir sözlə, bədəninizə tez-tez göz gəzdirin və xallarınızda olan dəyişiklikləri nəzərdən qaçırmamağa çalışın.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930