Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Xolesterinin qənimi hansı bitkidir?

Dekabr 02
17:57 2014

“Sələf Xəbər” lifehacker.ru saytına istinadən yulafın faydaları barədə məlumatları təqdim edir.

Bir çoxlarımız uşaqlıqda yulaf sıyığı yemişik: evdə, bağçada və ya kənddə nənəmizin evində. İndi artıq böyümüşük və səhər yeməyimizin doyumlu və faydalı olmasını istəyirik.

Odur ki, uşaqlıqdan bizə tanış olan yulaf yarmasını xatırlamağın əsl zamanıdır. Bir çoxlarımızın yulaf sıyığı ilə bağlı xoş uşaqlıq xatirələrimiz var. Əksəriyyətimiz “yulaf” sözünü eşidən kimi uşaqlığımızı – bağça yoldaşlarımızla və ya kənddə nənəmizin evindəykən yediyimiz səhər yeməyini xatırlayırıq.

Lakin yulaf uşaqlığımızla bağlı xoş xatirələri canlandırmaqdan əlavə, həm də sağlamlığımız üçün faydalıdır. Bir çox ölkələrdə, yulafa xüsusi diqqət yetirilir. Məsələn, ABŞ-da, təqribən, 3 gün davam edən yulaf festivalı keçirilir.

Günə yulafla başlayın

  1.  Yulafın tərkibində həll olunan və həll olunmayan qida lifləri var. Həll olunan liflər xolesterinin səviyyəsini aşağı salmağa, qanda qlükozanın səviyyəsini sabitləşdirməyə kömək edir. Həll olunmayan qida lifləri isə bağırsağın işini yaxşılaşdırır. Günə yulafla başlamaq sağlamlığınızın qayğısına qalmağın möhtəşəm yoludur.
  2. Yulaf – yüngül və balanslaşdırılmış səhər yeməyidir. Bir fincan bişmiş yulaf gündəlik sellüloza və zülal normasının 20%-ni təmin edir. Yulafı meyvə, giləmeyvə, qoz-fındıq, badam yağı ilə qarışdırmaq olar. Bu tamdəyərli və doyumlu səhər yeməyi sizi nahar yeməyinə qədər qəlyanaltı etmək zərurətindən azad edir.
  3.  Yulafın tərkibində dəmir, maqnezium. fosfor, selen, sink, manqan və tiamin kimi elementlər var.
  4. Yulafın tərkibində ürək-damar xəstəlikləri riskini azaldan liqnan maddəsi var.
  5. Yulaf sizə iştahınıza və çəkinizə nəzarət etməyə kömək edəcək. Çünki bu un məmulatlarından daha uzun müddət doyumluluq hissi yaradır. Əlbəttə ki, yulafdan başqa beynimizdə uşaqlığımız haqqında xoş xatirələri canlandıran bir çox digər qidalar da var. Lakin mağazada nənənizin siz uşaqikən bişirdiyi almalı piroqa bənzəyən piroqu aldıqda, ehtiyatlı olun, çünki o sizin gözləntilərinizi doğrultmaya bilər. Bəs, siz günə yulafla başlayırsınız?

“(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.”

Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930