Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yapon alimləri tibbdə inqilab etdi

May 07
17:20 2016

“Kor” termini tarixə keçə bilər.

Yaponiyalı alimlər tibb sahəsində inqilaba nail olub.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, analoqu olmayan kəşfin sayəsində “kor” termini tarixə keçə bilər. Onlar kök hüceyrələrinin köməyi ilə 70 yaşlı qadının görmə qabiliyyətini bərpa edib. Bioloqlar Sietl şəhərində görmənin öyrənilməsi və aftolmologiya üzrə Assosiasiyanın illik toplantısında bu barədə məlumat verib. Onlar bildirib ki, qadın görmə qabiliyyətini gözlərin tor qişasının distrofiyası üzündən itirib. Ona kök hüceyrələrinin yeridilməsi ilə səhhətindəki problem aradan qaldırılıb. Qeyd edək ki, iki il əvvəl RİKEN İnstitutundan olan Masayo Takaxasinin rəhbərlik etdiyi molekulyar bioloqlar əzələ hüceyrələrinin yenidən proqramlaşdılrılması yoluyla kök hüceyrələrindən bötüv tor qışası yetişdirmişdi. Onlar məhz qadının öz hüceyrələrindən yetişdirilmiş tor qişasını ona əlavə etməklə, onda görmə qabiliyyətini bərpa edib.

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 20 milyondan çox insan tor qişası xəstəliyindən əziyyət çəkir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930